Birləşmiş Əmirliklərinin Dubay şəhərində dünyanın ən böyük rəqqas fəvvarəsi açılacaq.

Unikal.org "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə"Meydan Group" İnkişaf Şirkəti bildirib.

Hündürlüyü 100 metr, eni 400 metr olan və30 min kvadtatmetr sahədə yerləşəcək fəvvarəDubayın "Meydan One Mall" yeni ticarət kompleksində qurşadırılacaq.Layihənin icrasına 2015-ci ilin avqustunda başlanılıb. Kompleksdə dünyanın ən uzun dağ xizək borusu da tikiləcək. Onun uzunluğu bir kilometr olacaq.

Qeyd edək ki, dünyada ən böyük və ən hündür musiqili fəvvarə də 2009-cu ildən Dubayda istifadəyə verilib. O, əmirliyin Xəlifə Bürcündə yerləşir və uzunluğu 275 m, hündürlüyü 150 m-dir.