Rusiya prezidenti Vladimir Putin Özbəkistanın Səmərqənd şəhərinə səfər edib.

Unikal.org xəbər verir ki, səfər şəxsi xarakter daşıyır və məqsəd Özbəkistanın mərhum prezidenti İslam Kərimovun xatirəsini yad etməkdir.

Qeyd edək ki, Özbəkistanın birinci prezidenti sentyabrın 2-də vəfat edib və sentyabrın 3-də doğma şəhəri Səmərqənddə dəfn edilib. Rusiyanı dəfn mərasimində baş nazir Dmitri Medvedevin başçılıq etdiyi nümayəndə heyəti təmsil edirdi.

Vladimir Putin sentyabrın 3-də Vladivostokda keçirilən Şərq İqtisadi Forumunda iştirak edirdi.