İsrailin paytaxtı Təl-Əvivdə tikilməkdə olan binanın uçması nəticəsində 6 nəfər yaralanıb, azı 30 nəfər itkin düşmüş sayılır.

Unikal.org-un məlumatına görə, "Report" "The Jerusalem Post" qəzetinə istinadən xəbər verir ki, hadisə yerində xilasedicilər və polis fəaliyyət göstərir.

Hadisənin baş verməsinə səbəb kimi tikinti kranının binanın üstünə aşması göstərilir.