Dağıstanda antiterror əməliyyatı zonasında iki silahlı məhv edilib.

Unikal.org Oxu.az-a istinadən xəbər verir ki, bu barədə Dağıstan güc strukturlarındakı mənbə bildirib.

"Dağıstanın Məhərrəmkənd rayonunda, Samur kəndi yaxınlığında iki silahlı məhv edilib. Əməliyyat zamanı bir polis əməkdaşı həlak olub, - deyə mənbə qeyd edib. Əməliyyatın sentyabrın 5-də davam edəcəyi bildirilir.