Türkiyənin tv8 kanalında yayımlanan "Survivor" yarışma proqramı ilə məşhurlaşan və Adrina Limaya olan bənzərliyi ilə diqqət çəkən Fatmagül Fakinin başına bədbəx hadisə gəlib.

Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, səhər saatlarında onun avtomobilinə silahlı hücum olunub. Motosikletli şəxs onun avtomobilinə 8-10 dəfə güllə atıb. Bunu hadisəyə kənardan şahid olanlar deyib.

Avtomobil istifadəyə yararsız hala gəlib. Hadisədən sonra aparıcının əsəblərinin pozulduğu da bildirilib.