Mərhum prezident İslam Kərimovun böyük qızı Gülnarə Kərimova atasının xatirəsinə mahnı həsr edib.

Mahnı elə Gülnarə Kərimovanın özü tərəfindən ifa edilib.

Videoçarxda 1991-ci ilə aid görüntülər yer alıb.

Qeyd edək ki, sentyabrın 2-də Özbəkistan hökuməti və parlamenti İslam Kərimovun vəfat etməsi barədə rəsmi məlumat yayıb.

Prezidentin dəfn mərasimi dünən Səmərqənddə keçirilib. Ölkədə 3 günlük matəm elan olunub.

İslam Əbdülqəni oğlu Kərimov 1938-ci ildə Səmərqənddə anadan olub. O, 1989-cu ildən Özbəkistana rəhbərlik edirdi.

Sözügedən videonu oxuculara təqdim edirik: