Qazaxıstan prezidenti Nursultan Nazarbayev ABŞ prezidenti Barak Obamanı ölkəsinə dəvət edib.

Unikal.org-un "Qafqazinfoya istinadən verdiyi xəbərə görə, bu barədə Qazaxıstan liderinin mətbuat xidməti məlumat yayıb.

Məlumatda deyilir ki, Çində keçirilən G20 Sammiti çərçivəsində baş tutan görüşdə dövlət başçıları ikitərəfli qarşılıqlı münasibətlərin mövcud vəziyyəti və inkişaf perspektivləri barədə müzakirə aparıblar.
Onlar, həmçinin dünyanın gündəmində olan bəzi aktual beynəlxalq məsələlərə də toxunublar.

RİA Novosti-nin verdiyi məlumata görə, N. Nazarbayev sammitdə çıxış da edib.

Qazaxıstan prezidenti deyib ki, qlobal inkişaf yolu dünya ictimaiyyətinin birgə fəaliyyətindən çox asılı olacaq: "Buna görə də beynəlxalq iqtisadiyyatın və maliyyənin tənzimlənməsində vahid qlobal təşkilat əsas rol oynamalıdır. Belə strukturu BMT-nin İqtisadiyyat və Sosial Şurasını Qlobal İnkişaf Şurasına transformasiya etməklə yaratmaq olar. Bu struktura qlobal iqtisadiyyatın tənzimlənməsi funksiyası həvalə olunmalıdır. Dünya iqtisadiyyatını canlandırmaq üçün yeni sənaye inqilabına, rəqəmsal iqtisadiyyata və innov asiyalara dəstək vermək lazımdır.

N. Nazarbayev G20 ölkələrinin və digər maraqlı ölkələrin terrorizm üzərində tam qələbə üçün səylərini birləşdirməsinin bu yolda yaxşı başlanğıc ola biləcəyini də vurğulayıb: "Bunu bütün dünya ictimaiyyəti gözləyir.