Bu gün Çinin Xançjou şəhərində "Böyük iyirmilik" (G20) ölkələrinin sammiti çərçivəsində ABŞ dövlət katibi Con Kerri və Rusiya xarici işlər naziri Sergey Lavrov arasında görüş keçirilib.

Unikal.org-un APA-ya istinadən verdiyi məlumata görə, C. Kerri ABŞ və Rusiyanın Suriya ilə bağlı bir çox texniki məsələlər üzrə razılığa gəldiyini, razılaşdırılacaq bəzi məqamların qaldığını bildirib.
ABŞ dövlət katibi S. Lavrovla sabah, sentyabrın 5-də növbəti görüş keçirmək barədə razılığa gəldiklərini də açıqlayıb. Həmin görüşdə Suriya ilə bağlı ABŞ və Rusiya arasında ziddiyyətlərin aradan qaldırılması üçün müzakirələr davam edəcək.