FETÖ-nun Türkiyə imamları 2013-cü il 17-25 dekabr hadisələri zamanı gizli yığıncaq keçiribmiş.

Unikal.org Axar.az-a istinadən xəbər verir ki, İstanbulda 2 dəfə baş tutan toplantı FETÖ-nun Milli İstihbarat Təşkilatı (MİT) üzrə imamı Murad Qarabuludun köməkçisi Hazim Səslinin telefon danışığı araşdırılarkən ifşa olunub.

6 saat davam edən gizli görüşdə maliyyə məsələləri, Gülənin ABŞ-dan ekstradisiya olunacağı təqdirdə Cənubi Afrikaya göndərilməsi variantı müzakirə olunub.

Daha sonra bu məqsədlə Hazim Səsli terrorçubaşına yer düzəltmək üçün Cənubi Afrikaya gedib.