Rusiya prezidenti Vladimir Putin Türkiyənin lideri Rəcəb Tayyib Ərdoğanla görüşdə bu ölkənin kəşfiyyat xidmətinin rəhbəri Hakan Fidanla bağlı zarafat edib.

Unikal.org-un Modern.az-a istinadən məlumatına görə, Ərdoğan öz nümayəndə heyətinin üzvlərini təqdim edəndə Rusiya lideri belə reaksiya bildirib: "Əgər kəşfiyyat xidmətinin rəhbəri varsa, onda biz nədən danışacağıq, yəqin ki, sizə hər şeyi məruzə edib.

G20 sammiti Çinin xançjou şəhərində sentyabrın 4-5-də keçiriləcək. Putinin sammit çərçivəsində ABŞ prezidenti Barak Obama ilə görüşü baş tuta bilər.