"İstənilən halda dollar bahalaşacaq

Bu fikirləri Unikal.org-a açıqlamasında tanınmış iqtisadçı ekspert Vüqar Bayramov deyib. Onun sözlərinə görə, dolların kəskin bahalaşması istənilən halda Mərkəzi Bankın məzənnə siyasətindən asılı olacaq: 
Bildergebnis für Vugar Bayramov"Mərkəzi Bank tənzimlənən üzən valyuta rejimindən liberal üzən valyuta rejiminə keçərsə, dollarn kəskin bahalaşması mümkündür. Əgər Mərkəzi Bank üzən valyuta rejimini davam edəcəksə, bu zaman dolların mərhələli bahalaşması müşahidə olunacaq. Yəni, Mərkəzi Bankın üzən və ya liberal valyuta rejimini seçməsindən asılı olmayaraq bütün dövrdə dolların bahalaşması gözləniləndir. ABŞ dolları son 3 ayda manata nisbətən 14 faiz bahalaşıb. Baxmayaraq ki, gündəlik bahalaşmalar elə də böyük deyil, ancaq dolların manata nisbətən möhkəmlənməsi davam edəcək.

V.Bayramov istehlak məshullarının da qiymətlərinin bahalaşacağını vurğulayıb:

"Dolların bahalaşması istehlak bazarına da ciddi təsir edəcək. Ölkəmizdə istehlak edilən malların təxminən 76 faizi xaricdən idxal olunur. Dolların məzənnəsinin qalxması fonunda xərclərin çoxalması birbaşa qiymətlərin qalxmasına təsir götərir. Bu baxımdan dolların bahalaşması istehlak edilən məhsulların qiymətinin də artmasına səbəb olcaq.