ABŞ-da məşğulluqla (aqrar sektor istisna olmaqla) bağlı sabah açıqlanacaq statistik göstəricilərdən öncə bu gün dollar avro və yapon yeninə qarşı ucuzlaşmağa başlayıb.

Unikal.org-un məlumatına görə, apa "Reuters" agentliyinə istinadən xəbər verir ki, qeyd edilən statistika Federal Ehtiyatlar Sistemi (FED) tərəfindən uçot dərəcəsi ilə bağlı verəcəyi qərara birbaşa təsir edən amildir.

Sessiyanın açılışında dollar yenə qarşı 0,16% ucuzlaşıb. Avronun dollara nisbətən məzənnəsində ciddi volatillik yoxdur - ötən sessiyanın yekununda 1,1123 dollar olan avro hazırda 1,1149 dollaradək bahalaşıb. Avstraliya dolları isə ABŞ-ın milli valyutasına nisbətən 0,27 dollar, Kanada dolları isə 0,03% möhkəmlənib.

"Dollar və ABŞ istiqrazlarının gəlirliliyi Canet Yellenin Cekson-Houldakı açıqlamasından sonra artıb. Lakin bu mərhələ ötən gün başa çatdı. Məşğulluqla bağlı statistika açıqlananadək dollar bahalaşmayacaq", - deyə "Barclays" bankının rəsmisi Cin Kadota bildirib.