Bakıda oğurluqda şübhəli bilinən qadın saxlanılıb.
Unikal.org DİN-in saytına istinadən verdiyi məlumata görə, Nəsimi RPİ 22-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyunun 25-də Bakı şəhər sakini Nelli Əliyevaya məxsus içərisində 90 manat, 1187 ABŞ dolları və 3400 rus rublu olan pul kisəsini oğurlamaqda şübhəli bilinən paytaxt sakini Nellya Şabayeva tutulub.

Faktla bağlı araşdırma aparılır.