Şəki rayonunda silahlı insident qeydə alınıb. 

Unikal.org Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, avqustun 1-də Şəki rayonun Aşağı Göynük kəndində rayon sakini İkram Kərimov xuliqanlıq zəminində pnevmatik tüfəngdən atəş açaraq həmyerlisi Rəhman Əlfətova ayaq nahiyəsindən xəsarət yetirib.

Şəki ŞRPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində İ.Kərimov tutulub, ondan müvafiq sənədləri olan "Striker markalı pnevmatik tüfəng götürülüb.

Araşdırma aparılır.