"Petkim Petrokimya Holding A.Ş."-yə məxsus olan və İzmir şəhərinin Aliağa adlanan ərazisində yerləşən bir neçə obyektdə Türkiyənin hüquq-mühafizə orqanları tərəfindən xüsusi əməliyyat keçirilir.

Unikal.org "APA-Economics"ə istinadən xəbər verir ki, əməliyyat FETÖ terror qruplaşmasına qarşı aparılan tədbirin tərkib hissəsidir.

Hüquq-mühafizə orqanları ərazidə axtarışlar aparır.

Saxlanılanlar barədə məlumat yoxdur.