ABŞ aviasiyası İŞİD terror qruplaşmasının Liviyanın Sirt şəhərindəki mövqelərinə hava zərbələri endirib. Unikal.org-un məlumatına görə, bunu Pentaqonun rəsmi nümayəndəsi Piter Kuk bildirib.

Onun sözlərinə görə, zərbələr Liviyanın Milli Birlik hökumətinin xahişi və prezident Barak Obamanın sərəncamı əsasında endirilib.

"Liviya ərazisində terrorçulara qarşı əməliyyat bundan sonra da davam edəcək", deyə P.Kuk vurğulayıb.