Türkiyənin Muş vilayətində PKK terrorçuları polis avtomobilini atəşə tutub.

Unikal.org-un "Milliyet-ə istinadən məlumatına görə, nəticədə patrul vəzifəsi icra edən polis əməkdaşlarından 2-si yaralanıb.

Əlavə polis qüvvələri insident yerinə cəlb olunduqdan sonra yaranan atışmada silahlılardan 2-si məhv edilib, 1-i yaxalanıb. Yaralanan polis əməkdaşları Muş Dövlət Xəstəxanasına çatdırılıb.

Hadisənin baş verdiyi Muş-Bingöl yolunda təhlükəsizlik tədbirləri gücləndirilib.