Sevgi toxunmağı tələb edir. Bir-birini sevən iki insan üçün öpməkdən, qoxulamaqdan daha gözəl heç nə ola bilməz. Ancaq öpüşmək təkcə həzz almaq məqsədi daşımır. Unikal.org öpüşməklə bağlı bu günə kimi eşitmədiyiniz ən maraqlı faktları təqdim edir:

1. Bir dəqiqə öpüşmək 26 kalori atmağınıza səbəb olur. Bu isə o deməkdir ki, 1 saat öpüşmək (1.560 kalori) 1 saat ərzində qaçmaqdan (490 kalori) 3 dəfə çox enerji itirməyinizə kömək edə bilər.

2. Araşdırmalar göstərir ki, hər bir insan həyatının təxminən 20,000 dəqiqəsini (yəni 2 həftə) öpüşməyə sərf edir.

3. Öpüşərkən üzdəki 34 ədəd əzələ hərəkət edir. Ona görə də öpüşmək üzün qırışmasının qarşısını alır.

4. Öpüşərkən ifraz olunan endorfin hormonu bədənə morfi kimi təsir göstərir. Ancaq bu təsir morfidən 200 dəfə güclü olur. Mütəxəssislər öpüşməyin narkotik maddələrlə eyni təsiri yaratdığını çoxdan sübut ediblər.

5. İnsanların 66 faizi öpüşərkən gözlərini qapayır.

6. İlk öpüşmənin keyfiyyəti cütlük arasındakı münasibətin necə davam edəcəyini 50 faiz müəyyənləşdirir. Əgər öpüş tərəflərdən birinin ürəyincə olmayıbsa, o əlaqə çox davam eləmir.

7. Sincab kimi gəmirici heyvanlar da insanlar kimi bir-birlərini tanımaq üçün öpüşürlər.

8. Öpüşmək insanda asılılıq yarada bilir. Buna səbəb öpüşməyin beyində kokainlə eyni bölgələrə təsir edə bilməsidir.

9. Nikahda öpüşmək qədim Roma dövründən günümüzə kimi gəlib çıxan adət-ənənədir.

10. Öpüşmə ilə bağlı ilk yazılı məlumat hindlilərin 2000 il öncə yazılmış dini kitabları Vedalarda yer alıb.

11. Araşdırmalar göstərir ki, insanların 90 faizi öpüşərkən başlarını sağ tərəfə əyirlər.

12. Dodaqlar barmaq uclarından 200 dəfə həssasdır.

13. Öpüşərkən beyinə daha çox oksigen gedir. Nəticədə ürək daha sürətlə döyünməyə başlayır.

14. Öpüşərkən göz bəbəkləri böyüyür.

15. Ən uzun müddət öpüşmə rekordu taylandlı cütlüyə məxsusdur. Ekkaçi Tiranarat və Laksana Tiranarat cütlüyü nə az, nə çox düz 58 saat, 35 dəqiqə 58 saniyə öpüşərək dünya rekordu qırıblar.

16. İki insanın dodaqları bir-birinə dəyəndə beynin fəaliyyəti sürətlənir. Bu da onu göstərir ki, beyin qarşıdakı insan haqda çoxlu məlumat toplamağa çalışır. Yəni bir insanla bağlı gələcək planlar qürursunuzsa, onun sizə uyğun olub olmadığını anlamaq üçün öpüşmək kifayətdir.

17. Öpüşmək stress hormonlarının səviyyəsini aşağı salır, nəticədə insan daha hüzurlu olur.

18. İnsanların 99 faizi ilk öpüşdüyü anı və ilk öpdüyü insanı yaddan çıxara bilmir./qadin.az/