Kəbirə Məmmədova Kərəm Həsənovun  adından pul yığır
Kəbirə Məmmədova Kərəm Həsənovun adından pul yığır
"Binə" Ticarət Mərkəzinin sahibkarlarından yeni etiraz dalğası

"Binə" bazarında sahibkarlar yenə qan ağlayır. Bir müddət əvvəl onlar etirz edirdilər ki, bazarın sahibi Kəbirə Məmmədova ticarət mərkəzinin sahibkarlarını müflis etməkdədir. Səbəb isə az qala bazara hər gün bir nırx qoyulmasıdır.
İndi isə sahibkarların ciddi narazılığına səbəb olan Kəbirə Məmmədovanın hər dükan üçün sahibkarlardan 5 min manat tələb etməsidir. Dükan sahibləri bildirirlər ki, pulları şəxsən ticarət mərkəzi sahibinin özü toplayır: "Sahibkarlar
həmin pulu vermək istəmirlər və narazıdırlar. Bu narazılığı azaltmaq və onlardan tələb olunan pulu ala bilmək üçün bazar rəhbərliyi qeyri-adi bir yola əl atıb. Belə ki, öz adamları tələb olunan pulu verir, amma sonradan həmin pul geri qaytarılır. Məqsəd digər sahibkarlara psixoloji təzyiq etmək, istənilən mbləğin veriləsi gərəkdiyi fikri yaratmaqdır".
Məlumatlarda sahibkarlardan tələb olunan 5 min manatın hansı məqsədlə yığıldığı barədə isə belə deyilir: "Kəbirə Məmmədova bildirir ki, o, bazarın özəlləşdirilməsi ilə bağlı Əmlak Məsələləri Dövlət Komitəsi ilə anlaşıb. İstənilən pullar da guya bunun üçün komitədən tələb olunan "haqq"ı ödəmək məqsədi ilə yığılır. Bir sözlə ticarət mərkəzinin sahibi faktiki olaraq Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənovun adından istifadə edərək bazardakı sahibkarlardan yeni pul yığımına başlayıb".
Qeyd edək ki, "Binə" ticarət mərkəzindəki bu cür qanunsuzluqlar əslində heç kim üçün qəribə deyil. Elə bir həftə və ya ay yoxdur ki, adıçəkilən bazarda narazılıqların yaranması ilə bağlı KİV-də informasiyalar özünə yer almasın. Kəbirə Məmmədova barəsindəki şikayətlərin miqyasına görə az qala oliqarxları da vurub keçib.
Azər Aslan