Yaponiyanın keçmiş müdafiə naziri Yuriko Koike Tokionun ilk qadın qubernatoru olacaq. Unikal.org-un BBC-yə istinadən məlumatına görə, müvafiq seçkilərin ekzitpol qiymətləndirməsi belə söyləməyə əsas verir.

Tokioda qubernator seçkiləri bu gün keçirilib və yerli vaxta uyğun olaraq, səsvermə artıq başa çatıb. Seçkinin qalibi olacaq şəxsin üzərinə bir sıra mühüm və məsuliyyətli vəzifələr düşür.

Belə ki, 2020-ci ilin Yay Olimpiya Oyunları Yaponiyanın paytaxtı Tokioda keçiriləcək. Bu böyük, milyonlarla əhalisi olan şəhəri olimpiadaya isə məhz yeni seçiləcək qubernator hazırlamalı olacaq.

Nail Cəlil