Avstriyanın paytaxtı Vyanın hava limanında Ərdoğanı hədəfləyən afişa asılıb. 

Unikal.org-un məlumatına görə, afişada "Türkiyə tətili Ərdoğanı dəstəkləməkdən başqa bir şey deyil" sözləri qeyd olunub. 

Türkiyə mətbuatı Avstriyanın bu addımını Türkiyə və Ərdoğan əleyhinə aparılan siyasət kimi dəyərləndirib. 

Qeyd edək ki, bundan əvvəl Avstriya hökuməti burada yaşayan türklərin evlərinin balkonlarına Türkiyənin bayrağını asmalarını qadağan edib.