İyulun 29-da Qaradağ rayonunun Müşfiqabad qəsəbəsində qəsəbə sakinləri Vüqar Bağırov və Ramil Mirzəyev münaqişə zəminində bir-birinə bıçaqla xəsarət yetiriblər.

Unikal.org DİN-ə istinadən xəbər verir ki, onlar xəstəxanaya yerləşdirilmişlər. V.Bağırovun vəziyyəti orta-ağır, R.Mirzəyevə ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb.
Qaradağ RPİ tərəfindən araşdırma aparılır.