"Standard & Poor's" iyulun 15-də baş verən dövlət çevrilişi cəhdindən sonra Türkiyənin kredit reytinqini aşağı salıb. Qurum Türkiyə üzrə göstəricini "BB+" səviyyəsindən "BB"yə endirib.

Unikal.org AZƏRTAC-a istinadən bildirir ki, bu qərardan sonra Türkiyə lirəsi dollar qarşısında dəyərini sürətlə itirib. 

Hazırda lirənin məzənnəsi ən aşağı səviyyədə qərarlaşıb. Belə ki, Türkiyə valyutasının dollar qarşısında məzənnəsi 3.09-dək aşağı düşüb.