İyulun 20-də Bakı Biznes Mərkəzində vergilər naziri Fazil Məmmədov Azərbaycanda Amerika Ticarət Palatasının (AmCham) nümayəndələri ilə görüşüb.
Nazirlikdən unikal.org-a verilən xəbərə görə, görüşdə ölkənin vergi sistemində aparılan islahatlar, Vergi Məcəlləsinə edilmiş dəyişikliklər, vergi orqanı ilə biznes strukturları arasında partnyorluq münasibətlərinin inkişaf etdirilməsi, və s. məsələləri müzakirə edilib. Biznes strukturlarının nümayəndələri ilə onları maraqlandıran məsələlərlə bağlı fikir mübadiləsi aparılıb, görüş iştirakçılarının sualları cavablandırılıb. Tədbirdə ABŞ-ın Azərbaycandakı səfirliyinin və AmCham-ın nümayəndələri, Vergilər Nazirliyinin rəhbər vəzifəli şəxsləri iştirak ediblər.