Dünya bazarında neftin ucuzlaşması müşahidə edilir. 

Bu gün London birjasında keçirilən hərraclarda Brent neftinin bir barelinin dəyəri 3 faizə qədər azalıb və 48 dollara enib. Sutkanın ilk saatlarında 1 bareli 50 dollardan baha satılan Brent nefti hazırda 48,7-48,9 dollardan alıcı tapır.
Ucuzlaşma tempi Texas neftində də müşahidə edilir.