Azərbaycanda
"Günəşli" yatağındakı 10-cu dərin dəniz özülündə baş verən güclü yanğınla bağlı Azərbaycanda matəm elan olunub.

Prezident İlham Əliyevin qərarı ilə baş verən faciə, yaşanan insan itkisinə görə ölkədə bir günlük (6 dekabr) matəmdir.

Mediaya və televiziya kanallarına əyləncəli verilişlərin yayımlanması tövsiyə olunmur.

Qeyd edək ki, SOCAR-ın yaydığı rəsmi məlumata görə, 1 nəfərin öldüyü, 30 nəfərin isə itkin düşdüyü bildirilir. Onların axtarışları davam etsə də, sağ qalma ehtimalları yox dərəcəsindədir.

Hadisə ilə bağlı prezident tərəfindən komissiya yaradılıb. Komissiyanın tərkibində baş nazir başda olmaqla, əlaqədar nazirliklərinin rəhbərləri var. Prezidentin göstərişi ilə ölənlərin ailələrinə konpensasiya veriləcək, yaralıların isə müalicə xərcləri dövlət tərəfindən təmin olunacaq.

Allah rəhmət eləsin!