Şahin Mustafayevin oliqarxlarla gizli işbirliyi
Şahin Mustafayevin oliqarxlarla gizli işbirliyi

Onun nazirliyinin antiinhisarçılarla əslində inhisarçılara xidmət edir?

Ölkədə demokratik təsisatlar zəif təmsil olunanda, istər-istəməz hakimiyyətlə əhali arasında əlaqə qırılır. Bu zaman hakimiyyət qeyri-hökumət təşkilatlarının icra etməli olduğu funksiyaların bir qismini öz üzərinə götürməlidir. Nə üçün Azərbaycanda belə təşkilatlar zəif təmsil olunub? Bu, tamam başqa məsələdir.

Fakt faktlığında qalır - bu gün Şahin Mustafayevin rəhbəri olduğu İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti Dövlət Xidməti və yenə həmin nazirliyin yanında İstehlakçı Hüquqlarının Müdafiəsi Xidməti mahiyyətcə istehlakçıların maraqlarının keşiyində dayana biləcək QHT-lərin işini həyata keçirməlidir. Razılaşın ki, antiinhisar qanunvericiliyinin icrasına nəzarət və qida məhsullarının keyfiyyətinin yoxlanması eyni şey deyil.
Antiinhisar xidmətinin son məlumatlarının xronologiyası budur: Cari ilin mayında enidirmlərin tətbiq olunması ilə bağlı qanunvericiliyin tələblərinə müəssisələrin əməl etməsi üzrə monitorinq davam etdirilib. Aydın olub ki, Səbayel rayonunun mağazalarının birində 30-60 faiz endirimlər edildiyi elan olunsa da, mallar əvvəlki qiymətinə satılıb. Alıcıların aldadılmasına son qoyulub.
Apreldə elə həmin rayonda başqa bir sahibkar tutulub. Elə həmin ay Nizami rayonunda pirat disklərin alveri ilə məşğul olan bir "biznesmen" 1,3 min manat cərimələnib.
Mart ayında isə Antiinhisar Komitəsi 2011-ci ildəki fəaliyyətinin statistikasını açıqlayıb. Məlum olub ki, ötən il istehlakçıların bu quruma müraciətlərinin sayı 80 faiz artıb. Xidmət şikayətlərinin sayının artmasını istehlakçı hüquqları sahəsində düzgün maarifləndirmə işləri ilə izah ediblər. Fevralda isə Antiinhisar Komitəsi həqiqətən də fərqlənib və monitorinqin gedişində Yasamal rayonundakı müəssisələrdən birində bir biznesmenin müvafiq resept və uyğunluq sertikatı olmadan şərq şirniyyatı (kətə, qürabiyyə və s.) satdığı aşkarlanıb. Nəticədə 190,5 kq şirniyyat müsadirə olunub və bu firmanın məhsulları satış nöqtələrindən geri qaytarılıb.
Əlbəttə, biz heç bir halda Antiinhisar Siyasəti Dövlət Komitəsinin və İstehlakçı Hüquqlarının Müdafiəsi Komitəsinin xidmətlərini azaltmaq istəmirik. Bu strukturun adında onun fəaliyyəti (istehlakçı hüquqlarının müdafiəsi) ehtiva olunub. Dövlət xidməti də elə bu hüquqları müdafiə edir. Və anlamaq olar ki, o, istehlak bazarında monitorinqlər keçirir və istifadə müddəti keçmiş məhsulları və ya qaçaqmalları satışdan yığışdırır. Onu da anlamaq olar ki, Yeni il və ya Novruz Bayramı ərəfəsində xidmət Bakı şəhər İcra Hakimiyyəti və bir sıra dövlət orqanları ilə birgə bazarda süni qiymət artımının monitorinqini aparır.
Amma Antiinhisar xidmətinin funksiyası təkcə bununlamı məhdudlaşır? Axı bu strukturun adında onun fəaliyyətinin digər istiqaməti - ölkədə monopoliyalarla mübarizə də əksini tapıb. Bəs bu sahədə hansı işlər görülüb?
2011-ci ildə Antiinhisar xidmətinin götürdüyü əsas ölçülərdən biri keyfiyyətsiz dondurma ilə mübarizə sahəsində idi. Məhsulun üzərindəki etiketlərdə onun enerji və qida dəyərini göstərməyən, lazımi keyfiyyət nəzarəti prosedurundan keçirməyən və ilkin laborotor analiz olmadan satan bir neçə müəssisə cərimə edilib. Bundan bir az əvvəl polietilen torba istehsalçıları yoxlama silsilələrinə məruz qalmışdılar. Guya torbalar keyfiyyət standartlarına uyğun gəlmirmiş. Qoy dedi-qoduçular desinlər ki, bu cür seqmentar yoxlamalar bazara mötəbər istehsalçı bazara çıxanda aparılmağa başlanır və bu yolla rəqiblərini kənarlaşdırır. Bunlar boş sözlərdir. Əsas odur ki, həm də istehlakçı hüququnu da müdafiə etməli olan xidmət təmsilçiləri öz işlərini görürlər, istehlakçılar isə bundan qazanırlar. Bu, tamam başqa məsələdir ki, qeyri-hökumət təşkilatları bu işlərlə bağlı məhkəmələrə müvafiq iddialarla müraciət edə bilərdilər. Bu, uzun işdir, amma son nəticədə dövlət strukturları deyil, məhz ictimaiyyət tənbəl biznesmenləri məhsulun hazırlanmasında qanuna əməl etməyə vadar edərdilər.
Bu il dövlət xidmətində görülən yeganə iş (hər bir halda, ictimaiyyətə təkcə bu məlumdur və yalnız bu, monopoliya sahəsində səs-küy doğuran yeganə iş olub) "Azerbaijan Coca-Cola Bottlers Ltd" şirkətinin "Coca-Cola", "Sprite" və "Fanta" alkoqolsuz içkilərinin qiymətlərini artırmasının səbəblərinin araşdırılması oldu.
Antiinhisar xidməti bəyan etdi ki, bu zaman sərinləşdirici içki bazarında əsas yerlərdən birini tutan şirkət öz inhisarçı vəziyyətindən istifadə edir və onun rəqiblərinə və qiymətlərin müəyyən olmasına təsir imkanları var. Bu əhvalatda kimin - Antiinhisar Siyasəti Dövlət Komitəsinin, İqtisadi İnkişaf Nazirliyi yanında İstehlakçı Hüquqlarının Müdafiəsi Xidməti, yoxsa "Azerbaijan Coca-Cola Bottlers Ltd"nin haqlı olmasının əhəmiyyəti yoxdur. Vacib olan odur ki, burada doğrudan da, məsələ araşdırılıb və bunu Antiinhisar Xidmətindən başqa, heç bir özəl və ya dövlət strukturu öz statusuna görə araşdıra bilməzdi.
Yekunda Antiinhisar Xidmətinin görə biləcəyi işlərdən danışaq. Məsələn, istehsalda və dövriyyədə inhisarçılığın aradan qaldırılması istiqamətində aparılan tədbirlər çərçivəsində Azərbaycan Beynəlxalq Bankının bank bazarında inhisarçılıq məsələsini qaldıra bilərdi. Bu məsələ neçə ildir ki, həll edilmir. Hələlik, ictimaiyyətə bir dəfə də olsun, xidmətin təsərrüfat subyektlərinin yaradılması, yenidən təşkili və ya ləğvi zamanı antiinhisar tələblərinə əməl olunmasına nəzarət istiqamətində götürdüyü ölçülər barədə xəbər verilməyib.
Ölkəmizdə özəlləşdirmə antiinhisar tələblər nəzərə almadan həyata keçirilib. Hər bir halda, antiinhisar xidmətinin majoritar aksionerlərin bazarda mexaniki olaraq peyda olunması prosesinə müdaxilə etməsinin heç bir dəxli yox idi. Eyni şeyi fond birjası barədə də demək olar. Antiinhisarçıların, bir dəfə də olsun, qiymətli kağızların əsasən bir əldə cəmlənməsi (bu, konkret şəxslərin monopoliyasını təmin edir) məsələsini qaldırması faktı məlum deyil.
Eyni zamanda bu xidmət təmsilçilərinin, deyək ki, bazarın inhisarlaşmış seqmentinə daxil olan sahibkarlar üçün nisbətən aşağı faizli vergilərin təqdim olunması ilə bağlı təşəbbüsləri barədə də faktlar məlum deyil. Məhz bu da rəqabət və sahibkarlığın bazar münasibətlərinin formalaşmasına yardım üzrə tədbirlər adlanır. Bəlkə, bədxahlar bu xidmətin birtərəfliliyi üzündən deyirlər ki, bəzən Antiinhisar Siyasəti Dövlət Xidməti və İstehlakçı Hüquqlarının Müdafiəsi Xidməti istehlakçıların maraqları ilə yanaşı, monopolistlərin maraqlarını da müdafiə edir.
Hər iki xidmətin isə bunu özbaşına etmədiyi barədə ictimai rəydə oturuşmuş fikir var - hesab edilir ki, burada əsas məsuliyyət nazir Şahin Mustafayevin üzərindədir və məhz onun inhisarçılarla hansısa gizli işbirliyi üzündən monopolistlərlə mübarizə aparmalı olanlar monopolistlərin maraqlarına xidmət etmək məcburiyyətində qalırlar.

Murad Can