Misir Mərdanov rektorlara tapşırıq verdi
Misir Mərdanov rektorlara tapşırıq verdi

Təhsil naziri Misir Mərdanov ali və orta ixtisas təhsili müəssisələrində 2011/2012-ci tədris ilinin yaz semestrinin imtahan sessiyasında (bundan sonra imtahan sessiyası) tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığı və obyektivliyi təmin etmək, yarana biləcək neqativ halları aradan qaldırmaq məqsədilə əmr imzalayıb.
Nazir ali və orta ixtisas təhsili müəssisələrinin rəhbərlərinə imtahan sessiyasının mövcud normativ sənədlər əsasında təşkil olunması və rəhbərlik etdikləri təhsil müəssisələrində imtahan qərargahı və "Qaynar xətt" yaratmaları ilə bağlı tapşırıq verib
Bildirilib ki, baş verə biləcək hər hansı nöqsana görə müəssisə rəhbəri məsuliyyət daşıyacaq.
M.Məmmədov həmçinin xəbərdarlıq edib ki, nazirliyin Korrupsiyaya qarşı mübarizə üzrə işçi qrupuna daxil olan qeyri-hökumət təşkilatları və ictimaiyyət nümayəndələrinin iştirakı ilə təhsil müəssisələrində imtahan sessiyasının monitorinqinin keçirilməsi təmin edilməli və imtahan sessiyası zamanı korrupsiya hallarının müəyyənləşdirilməsi üçün tələbələr arasında anket sorğuları keçirilməlidir.