Hesablama Palatası Neft Fondunun büdcəsinin icrası vəziyyətini yoxlayıb

Hesablama Palatası Kollegiyasının növbəti iclası keçirilib.
"Unikal"ın məlumatına görə, Kollegiya iclasında Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) büdcəsinin icrası vəziyyətinə, dövlət büdcəsinin "Mənzil və kommunal təsərrüfatı" bölməsindən Suraxanı rayon İcra Hakimiyyəti və tabeliyində olan idarə, müəssisə və təşkilatlara ayrılan vəsaitlərin istifadəsinə, dövlət büdcəsinin yerli xərclərindən Quba rayon Mərkəzi Xəstəxanasına ayrılan vəsaitlərin istifadəsinə və Dövlət Sosial Müdafiə Fondunun Cəlilabad rayon şöbəsi üzrə gəlir və xərclərin və şöbənin saxlanılması xərclərinin icrasına dair nəzarət tədbirlərinin nəticələri üzrə hesabatlar müzakirə edilib.
Müvafiq zəruri tədbirlərin görülməsi və həmin tədbirlərin nəticələri barədə Hesablama Palatasına məlumatların verilməsi üçün Kollegiya qərarlarının aidiyyəti dövlət qurumlarına göndərilməsi, eyni zamanda, audit tədbirlərinin nəticələri barədə məlumatların qanunvericiliklə nəzərdə tutulmuş qaydada Milli Məclisə təqdim olunması qərara alınıb.
Kollegiya iclasında İş planı ilə nəzərdə tutulmuş bir neçə nəzarət tədbiri üzrə audit proqramları da təsdiq edilib.
Fuad