Ermənilər ABŞ-da Qarabağ üçün pul yığdılar
Ermənilər ABŞ-da Qarabağ üçün pul yığdılar
Cəbhə xəttində isə erməni əsgər özlərinin basdırdığı minaya düşüb

Erməni diasporu hər il olduğu kimi bu il də ABŞ-da Qarabağdakı separatçılara maliyyə yardımı göstərmək məqsədi ilə telemarafon keçirib.
Verilən məlumata görə, erməni diasporunun əsas təşkilatlarından biri olan və Amerikada fəaliyyət göstərən «Ay-Dat»ın mayın 20-də təşkil etdiyi telemarafonda 2,2 milyon dollar pul yığılıb.
Qeyd edək ki, bu cür telemarafonların könüllü olaraq maliyyə yardımları qəbul etmək üçün keçirildiyi iddia edilsə də, əslində, burada ciddi zorakılığa yer verilir. Bu barədə ABŞ-da yaşayan ermənilərdən birinin verdiyi məlumatda deyilir ki, diasporun üzvləri imkanlı ermənilərin evlərinə gələrək, onlardan adambaşına 100 dollar ödəməsini tələb edirlər. Əks təqdirdə, həmin şəxsin evini və ya işlətdiyi dükanını yandıracaqları ilə hədələyirlər. Belə vəziyyətdən bezdiklərini bildirən erməni qeyd edib ki, artıq bir çox imkanlı şəxslər ABŞ-ı belə tərk etməyi qərarlaşdırıblar. Çünki erməni diasporu onlara yaşamaq imkanı vermir.
Bu əsnada isə cəbhə xəttində insident baş verib. “Regnum” saytının yaydığı məlumata görə, dünən Xocavənd rayonu ərazisində erməni əsgəri minaya düşərək, ölüb. Həmin məlumata görə, sıravi Armen Sakrkisoviç Arutyunyan cəbhə xəttində gəzərkən “PMH-2” minasına düşərək, dünyasını dəyişib. Onunla birlikdə ərazidə olan daha iki erməni əsgəri isə ağır yaralanıblar.
Bildirək ki, erməni əsgərlərinin minaya düşməsi tez-tez baş verir. Bunun səbəbi onların vaxtaşır cəbhə xəttini yararaq, Azərbaycan tərəfinə kəşfiyyat üçün keçməyə cəhd göstərmələridir. Armen Arutunyanın da minaya düşməsi bu qəbildən hesab olunur.
Bundan başqa, erməni əsgərləri özlərinin basdırdıqları minaların qurbanı olurlar. Bununla bağlı Azərbaycan tərəfi beynəlxalq təşkilatlar qarşısında məsələ qaldıraraq dəfələrlə bəyan edib ki, Ermənistan tərəfi cəbhə xəttində qanunla qadağan olunmuş minalar basdırıb və bu da bütün konvensiyaların kobud şəkildə pozulmasıdır.
İlkin