Müğənninin Moskvada yaşayan biznesmen həyat yoldaşı Bakıya gəlib. 

Sənətçinin əri R.İsmayılova ilə birgə nikahından olan qızı Yağmurun ad gününə qatılıb. Rəqsanə bu günə qədər həyat yoldaşını mediadan gizlətməyə çalışsa da, Lent.az-ın əməkdaşı həmin şəxsin şəklini əldə edə bilib.
Qeyd edək ki, R.İsmayılovanın həyat yoldaşı Moskvada restoran biznesi ilə məşğul olur. Onun şəxsi restoranı var. İfaçı isə Lent.az-a müsahibəsində həyat yoldaşı ilə tanışlıqları ilə bağlı bu sözləri demişdi: "Uzun illər idi ki, bir-birimizi tanıyırdıq. Mən onu tanıyanda onun ailəsi var idi. Həqiqətən də bir-birimizə dost kimi hörmət edirdik. Sonra günlərin bir günündə məclislərin birində rastlaşdıq. Mən həmin vaxt bilmirdim ki, o, boşanıb. Amma sən demə, bu yetimin gözü lap əvvəldən məndə imiş. Həmin gün də mənə evlilik təklif etdi. Açığı düşünmürdüm ki, aramızda rəsmi nikah olsun. Çünki ağlıma da gəlməzdi ki, nə vaxtsa ikinci dəfə ərə gedərəm. Yoldaşımın əvvəlki evlilikdən iki övladı var. 1-ci ailəsindən rəsmən nikahını pozandan sonra qanuni şəkildə mənlə rəsmi nikaha girib. İki qızım - Aysun və Yağmur da mənim yoldaşımın soyadını daşıyırlar.