Bakıda qətl törədilib.

Səbail rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə rayonun Gülbala Əliyev küçəsi 13 ünvanında qeydə alınıb. Həmin ünvanda yaşayan, 1971-ci il təvəllüdlü Müzəffər Piriyev həyat yoldaşı, 1982-ci il təvəllüdlü Cəlalə Abbasovanı boğaraq qətlə yetirib.
Hadisəni törədən M. Piriyev saxlanılıb.

Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.