16 Sentyabr 2019
15 Sentyabr 2019
UEFA Serbiya - Albaniya oyunu ilə bağlı araşdırmaya başladı
UEFA Serbiya - Albaniya oyunu ilə bağlı araşdırmaya başladı İDMAN 12:59 2014-10-17

UEFA Serbiya - Albaniya oyunu ilə bağlı araşdırmaya başladı

Blaktter və Platini qalmaqallı matçı tənqid etdilər

UEFA AVRO-2016-nın seçmə mərhələsində keçirilən Serbiya - Albaniya oyunu ilə bağlı araşdırmaya başlayıb. Apasport.az saytının məlumatına görə, Belqrad şəhərində baş vermiş qalamqala ali futbol qurumunun İntizam Komitəsi və etik instansiyası oktyabrın 23-də baxacaq.

UEFA hər iki ölkənin futbol federasiyasına qarşı intizam işi açıb. Bir gün öncə həm Serbiya, həm də Albaniya tərəfi ittihamlara cavab verəcəklər. Ertəsi gün isə ali futbol qurumu son qərarını çıxaracaq.
Qeyd edək ki, sözügedən matçın 42-ci dəqiqəsində pilotsuz helikopterlə 2008-ci ildə Serbiyadan ayrılan Kosovanın da əhatə olunduğu xəritənin yer aldığı "Böyük Albaniya" bayrağı meydançaya endirilib. Ev sahiblərinin müdafiəçisi Stefan Mitroviç parçanı çəkmək istəyən zaman isə iki komandanın futbolçuları arasında gərginlik yaşanıb. Daha sonra yerli azarkeşlər meydana daxil olub. Bu səbəbdən matçın baş hakimi Martin Atkinson oyunu yarımçıq dayandırıb.
Bu arada Serbiya və Albaniya milliləri ilə bağlı sensasiyalı iddia yayılıb. Nüfuzlu "Sky Sport" qəzeti yazıb ki, Serbiya - Albaniya matçında baş verən insidente görə UEFA hər iki millini "Avro-2016"dan kənarlaşdırıb. İddiaya görə, UEFA-nın oktyabrın 23-ü bu qərarı rəsmən açıqlayacağı gözlənilir.
FİFA prezidenti Yozef Blatter və UEFA rəhbəri Mişel Platini AVRO-2016-nın seçmə mərhələsində keçirilən Serbiya - Albaniya oyunu ilə bağlı açıqlama verib. Hər iki futbol məmuru qalmaqallı qarşılaşmanı tənqid edib.
Mişel Platini sözügedən matç haqda bunları dilə gətirib: "Güman edirik ki, futbol insanları birləşdirməlidir. Bu oyunu siyasətlə qatışdırmaq lazım deyil. Dünən gecə Belqradda olmuş hadisə yolverilməz idi".
"Futbol siyasi hədəflərdə istifadə olunmamalıdır. Mən onu qətiyyətlə ittiham edirəm" - deyə, Blatter bildirib.
İlkin Həsənoğlu