Azərbaycan 2013-cü ilə qədər Ümumdünya Ticarət Təşkilatına üzv olacaqmı?
Azərbaycan 2013-cü ilə qədər Ümumdünya Ticarət Təşkilatına üzv olacaqmı?

Rəsmi Bakı üzvlüyü sürətləndirmək üçün sənayə sektorunda tarifləri aşağı salmalıdır

İqtisadi və Sosial İnkişaf Mərkəzinin (İSİM) dəvəti ilə Amerika Birləşmiş Ştatlarının Prezident və Konqres Elmləri Mərkəzinin aparıcı müşaviri Şerman Katz ölkəmizdə səfərdədir. Ş.Kartzın Ümumdünya Ticarət Təşkilatına (ÜTT)üzvülüklə bağlı danışıqlarda iştirak edən hökümət nümayəndələri ilə görüşlər keçirilib.

Bu barədə açıqlama verən Ş.Kartzın sözlərinə görə, hökümət Azərbaycanın ÜTT-yə inkişaf etməkdə olan ölkə kimi üzvülüyünün tərəfdardır.Hansıkı ÜTT-də təmsil olunan 155 dövlət Azərbaycanı inkişaf etmiş ölkə kimi tanıyır.
Veytnamla Azərbaycanın ÜTT-yə üzvülüyü məsələsində oxşarlıqlardan danışan Ş.Kartzin fikrincə, ÜTT-yə üzvülükdə Azərbaycan Vyetnamın təcrübəsindən istifadə edə bilər: "Vyetnam Ümumdünya Ticarət Təşkilatına üzvülüklə bağlı 1994-cü ildə müraciət edib. 13 il davam edən danışıqlardan sonra 2007-ci ildə təşkilata üzv qəbul olunub".
Ş.Kartz ölkəmizin 2013-cü ildən tez təşkilata üzvlüyünü real hesab etmir. Onun sözlərinə görə, bunun həm də siyasi səbəbləri var: "Təşkilatın əsas üzvü olan Amerikada 2012-ci ilin noyabrında seçkilər keçiriləcək. Digər tərəfdən bu ölkədə böyük işsizlik olduğundan yeni dövlətlərlə ticarət sazişlərinin imzalanmasına isti yanaşılmır". Cənab Şerman hesab edir ki, Azərbaycan ÜTT-yə üzvülüyü sürətləndirmək üçün sənayə sektorunda tarifləri aşağı salmalıdır: "Təşkilata üzvülük prosesində Azərbaycan qısa müddət ərzində uduzsa da uzunmüddətli perespektivdə bunun müsbət nəticələri olacaq. Onu da nəzərə almaq lazımdır ki, Ümumdünya Ticarət Təşkilatına üzv olmadan Avropa Birliyinə üzv olmaq mümkün deyil".
O da məlum oldu ki, cari ilin sentyabr ayında USAİD-in dəstəyi ilə "Azərbaycanın ÜTT-yə üzvülüyünün ölkə iqtisadiyyatına təsirləri" mövzusunda konfrans keçiriləcək.
Xatırladaq ki, Ş.Kartzın səfərinin məqsədi Azərbaycanda iqtisadi liberalaşdırılma ilə bağlı islahatlarla tanış olmaq, ölkənin Dünya Ticarət Təşkilatına üzvlük məsələsini müzakirə etməkdir. Bildirək ki, Şerman Katz ABŞ-ın bir neçə keçmiş prezidentinin eləcə də Bil Kliton və Jimmi Karter prezidentlik kampaniyasında ticari məsələlər üzrə məsləhətçi olub. . O məşhur Oksford və Kolumbia Universitetlərində təhsil alıb.

Sənan Mirzə