19 Sentyabr 2019
Çempionlar Liqasında "Qarabağ" gecəsi
Çempionlar Liqasında "Qarabağ" gecəsi İDMAN 10:24 2014-07-24

Çempionlar Liqasında "Qarabağ" gecəsi
Çempionlar Liqasında "Qarabağ" gecəsi

Azərbaycan təmsilçisi zəif rəqibini darmadağın etdi

Srağagün axşam Çempionlar Liqasında II təsnifat mərhələsinin cavab oyunlarına start verilib. Azərbaycanı qitənin ən nüfuzlu klub turnirində təmsil edən "Qarabağ" növbəti sınağına çıxıb.

Ağdam klubu səfərdə 1:0 hesabı ilə məğlub etdiyi Malta çempionu "Valletta"nı sınağa çəkib. Cavab görüşündə də mükəmməl oyun nümayiş etdirən "Qarabağ" bu dəfə rəqib qapısından 4 cavabsız qol keçirib.
"Qarabağ" zəif "Valletta" səddini adlyaraq, növbəti mərhələdə Avstriyanın "Zalsburq" klubu ilə görüşəcək. Maltalıları mübarizədən kənarlaşdırmaq ən azı daha 4 avrokubok matçı keçirmək deməkdir. Çünki "Zalsburq"la III təsnifat mərhələsindəki qələbə "Qarabağ"ı Çempionlar Liqasının, məğlubiyyət Avropa Liqasının növbəti mərhələsinə daşıyacaq.
Çempionlar Liqası, II təsnifat mərhələsi, cavab oyunu, 22 iyul:
"Qarabağ" (Azərbaycan) - "Valletta" (Malta) - 4:0
Qollar: Reynaldo, 15; Çumbinyo, 48; Danilo Dias, 56; Leroy Corc, 80
Qırmızı vərəqə: Conatan Karuana; Rayan Fenek
Baş hakim: Sergey Sinkeviç
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu
İlk oyun - 1:0
Heyətlər:
"Qarabağ": 13. İbrahim Şehiç, 2. Qara Qarayev, 9. Reynaldo, 11. Danilo Dias, 18. İlqar Qurbanov, 20. Riçard Almeyda, 24. Admir Teli (k), 25. Ansi Aqolli, 41. Leroy Corc, 55. Bədavi Hüseynov, 70. Çumbinyo
Ehtiyat oyunçular: 1. Fərhad Vəliyev, 3. Tərlan Quliyev, 5. Maksim Medvedev, 6. Hacı Əhmədov, 7. Namiq Yusifov, 10. Muarem Muarem, 17. Vüqar Nadirov.
Baş məşqçi: Qurban Qurbanov.
"Valetta": 28. Nikki Vella, 2. Conatan Karuana, 3. İan Atsopardi, 6. Rayan Fenek (k), 8. Uqo Fariya, 10. Roderik Briffa, 15. Latif Elford-Alliyu, 18. Şon Bayada, 30. Abdelkarim Nafti, 24. İan Zammit, 36. Luk Dimek.
Ehtiyat oyunçular: 1. Yenez Sini, 9. Rafael Kooh-Sona, 11. Luk Montebello, 14. Hamid Alkamali, 17. Siray Eddin Arab, 25. Adrian Zahra.
Baş məşqçi: Gilbert Acius.

Onu da deyək ki, "Qarabağ"ın bu zəfəri ilə Azərbaycan klubları avrokuboklar tarixində 7-ci dəfə böyükhesablı qələbə qazanıb. Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyununda Maltanın "Valletta" klubunu 4:0 hesabı ilə məğlub edən "Qarabağ" özünün 4-cü, təmsilçilərimizin 7-ci darmadağınını rəsmiləşdirib.
Hamıdan çox 4 belə qələbə əldə etməsi rekord olan Ağdam təmsilçisi daha iki nailiyyətə imza atıb. Düzdür, bu qələbə klub futbolumuz tarixində ən böyük hesablı deyil. Çünki 2 il əvvəl "İnter" "Trans"a daha çox - 5 cavabsız qol vurmuşdu. "Qarabağ" "bankirlər"in rekordunu çatmasa da, fərqlənə bilib.
Belə ki, "İnter"in darmadağını səfərdə - Estoniyada qeydə alınmışdı. Elə "Qarabağ"ın 4 top fərqilə əldə etdiyi əvvəlki qələbə də Litvada "Banqa"ilə matça təsadüf etmişdi. Azərbaycanda isə klublarımız meydan sahibi kimi ən ayxşı halda 3 top fərqilə qalib gəlmişdi. Bu da o deməkdir ki, "Qarabağ" klublarımızın ən böyükhesablı ev qələbəsini qazandı və tribunalardakı Azərbaycan azarkeşlərinə klub səviyyəsində görünməmiş sevinc yaşatdı.
Ağdam təmsilçisinin digər rekordu isə Çempionlar Liqasındakı ən böyükhesablı qələbəmizi qazanmasıdır. Həm "Trans", həm də "Banqa" zəfəri Avropa Liqasına təsadüf etmişdi. Digər 4 böyük hesab 3 top fərqilə olmuşdu. Onlardan da ikisi qitənin ən nüfuzlu klub turnirində - "Şəmkir" və "Neftçi" tərəfindən qazanılmışdı.
Avrokuboklarda Azərbaycan klublarının böyükhesablı qələbələrinin siyahısı. Çempionlar Liqasında:
02.08.2000 "Şəmkir" - "Skonto" (Latviya) - 4:1
17.07.2012 "Neftçi" - "Zestafoni" (Gürcüstan) - 3:0
22.07.2014 "Qarabağ" - "Valletta" (Malta) - 4:0
Avropa Liqasında:
01.07.2009 "Qarabağ" - "Metallurq" (Makedoniya) - 4:1
30.06.2011 "Banqa" (Litva) - "Qarabağ" - 0:4
06.07.2011 "Qarabağ" - "Banqa" (Litva) - 3:0
05.07.2012 "Trans" (Estoniya) - "İnter" - 0:5

İlkin Həsənoğlu