Ermənilər Sarqsyanı çox pis ələ saldılar və ya Sarqsyanın "fəlsəfi" qüsuru
Ermənilər Sarqsyanı çox pis ələ saldılar və ya Sarqsyanın "fəlsəfi" qüsuru

Ermənistan prezidenti Serj Sarqsyanın Cənubi Amerika səfəri bir çox maraqlı məqamlarla əlamətdar oldu. Deyilənə görə, Serj Azatoviç bir neçə saat gözləsə də Argentina prezidenti onu qəbul etmədi və əvəzində öz nazirini Ermənistan lideri ilə görüşə göndərdi.

Argentina prezidenti ilə görüşə bilməyən Sarqsyan Uruqvay dövlət başçısı Xose Muxika ilə görüşdü. Bildiyimiz klmi, Xose Muxika bütün dünyada, demək olar ki, ən humanist və ən sadə prezident kimi tanınır. Çox güman ki, Sarqsyanın onunla görüşə bilməsi Muxikanın bu keyfiyyətlərinin sayəsində baş tutub - Uruqvay lideri ermənistanlı həmkarına qarşı da sadəliyini nümayiş etdirib, yəni görüşün səbəbi Sarqsyanın nüfuzu və hörməti deyil, məhz Muxikanın insanlığıdır.
Sarqysan-Muxika görüşü ermənilər tərəfindən alqışla qarşılanıb, çünki bir-birinə əks olan iki prezidentin görüşü onlar üçün yeni bir tənqid fürsəti olub. Ermənilərdən biri bu "antonimliyi" çox maraqlı müqayisə ilə təsvir edib. O, sosial şəbəkə səhifəsində yazır:
"İki prezident görüşür: biri öz xalqının qayğısına qalır, digəri cibinin qayğısına qalır. Biri maaşının 90%-ni yoxsulları evlə təmin edəcək layihəyə bağışlayır, digəri yoxsulları evlə təmin edəcək layihəyə ayrılmış vəsaitin 90%-ni oğurlayır. Biri demokratiya uğrunda mübarizəsinə görə həbsə atılıb, digəri demokratiya üçün mübarizə aparanları həbsə atır. Biri həbsdə yatdığı təknəfərlik hücrədə çörəyini siçanlarla bölüşərək həyat mübarizəsi aparıb, digəri cinayətkar baş naziri həbsdən xilas edərək yerinə "siçan" gətirib. Biri filosofdan sitat gətirərək "Aza malik olan yox, daha çoxa can atan kasıbdır" deyir, digəri heç "filosof" sözünü tələffüz edə bilmir".
Ermənilərin öz liderlərinə qarşı bu cür sarkastik çıxışından sonra Argentina prezidentinə haqq vermək olar - öz xalqı tərəfindən qəbul edilməyən birini o niyə qəbul etsin ki!?