İtaliya mafiyasının ən amansız  başkəsənlərinin siyahısı məlum oldu
İtaliya mafiyasının ən amansız
başkəsənlərinin siyahısı məlum oldu
Onların arasında hansı dəhşət saçan cəlladların adları var?

"Koza Nostra" dünyanın ən qüdrətli mafiyalarından biridir. Onların haqqında çox filmə baxmışıq. Öz daxili qayda-qanunları var. Qanunları pozanı isə mütləq ölüm gözləyir.
Siciliya mafiyası minlərlə adamı ö dünyaya göndərib. Bəs ölüm hökmlərini yerinə yetirən kimlər olub? Bu gün Koza Nostranın cəlladları haqda söhbət açacağıq.

Heyvan ləqəbli Barboza
Amerika FTB-sinin sənədlərində Cozef Barboza çoxsaylı qətllər törətmiş peşəkar killer kimi qeyd olunub. Ötən əsrin 60-cı illərində 30-dan çox adam öldürüb. Düşmənlərini səsboğucu taxılmış tapança ilə aradan götürürmüş. "Heyvan" ləqəbini barda bir nəfərlə dalaşıb, tutaşdığı adamın yanağını dişi ilə qopardıqdan sonra alıb.
Həbsxanaya düşdükdə FTB ilə əməkdaşlıq edib. 1976-cı ildə rəqib qruplaşma ilə atışmada öldürülüb.

"Dəlisov" Coy Qallo
"Dəlisov" ləqəbini müharibədən sonra həbsxanaya düşərkən alıb. Onun çılğınlığı hətta məhbusları da dəhşətə gətirirmiş. Onlar rəhbərlikdən Coyun dəlixanaya göndərilməsini tələb ediblər.
Azadlıqda Coy Profaçinin mafioz klanının sifarişlərin yerinə yetirib. Öldürdüklərinin sayı bilinmir.
1957-ci ildə ABŞ-ın ən məşhur mafiozilərindən olan Alberto Anastaziyanı şəxsən güllələndikdən sonra coy Qallonun adı dillərdə gəzib.
1972-ci il aprelin 7-də "Kapakana" restoranında özünə dəbdəbəli ad günü keçirəndə düşmənləri ona doğum "sürprizi"ediblər. Kller 43 yaşını qeyd edən Qallonun beynini 38 kalibrli tapança ilə dağıdıb.

Covanni Bruska
Covanni Bruska Siciliya mafiyasının başında duran klanlardan birinin yetirməsidir. İtaliya mafiyası ilə mübarizə aparan dövlət ittihamçıları Covanne Falkone və Paolo Borsellinoya sui-qəsdlər təşkil edərək kilsədə, muzeylərdə partlayış törədib. Məlumatlara görə, 200-dən çox sifarişli qətl törədib. Hazırda ömürlük azadlıqdan məhrum edilib, həbsxanadadır. Ancaq qruplaşmasına oradan da rəhbərlik edir.

Con Skalize
Məşhur Al Koponenin yaxın adamı olub. Bossun rəqiblərini bir-bir aradan götürüb. 1929-cu ildə ildə irland qruplaşmasının 7 üzvünü gülləyib.
Sonradan Al Kaponenin düşmənləri onu ələ alıb. Və bossun qətlini sifariş ediblər. Lakim Kapone bundan xəbər tutub. Ziyafət adı ilə onu evinə dəvət edən Al Kapone, Con Skalizeni beysbol bitası ilə döyərək öldürüb.

Tommi De Simione
Simione Amerikanın mafioz klanı olan Lukkezilərə çalışırmış. Ən azı, 11 sifarişli qətli törətdiyi barədə məlumat var. Çox qəddar imiş. Hətta cinayət ortaqları belə ona "psix" deyirmişlər.
Ancaq dəlisovluğu elə öz başında çatlayır. De Simione o vaxt Amerikanın Qambino ən məşhur klanının başçısı olan Con Qottinin iki dostunu güllələyir. Qotti onu ələ keçirir və işgəncə ilə öldürtdürür. Simionenin hətta meyiti də tapılmır.

Salvatore Qravano
1945-ci ildə anadan olub. Yuxarıda adını çəkdiyimiz Con Qottiyə işləyib. Onun əmri ilə 40-dan yuxarı adam öldürüb. Muzdlu qatil tədricən Qottinin müavininə çevrilib. Qotti ilə birgə həbs olunub. 1992-ci ildə bossun əleyhinə ifadə verərək onu "satıb".
Hazırda məhbus həyatı yaşayır.

Cüzeppe Qreko
Palermoda mafiyanın killer briqadasının başçısı olub. "Kalaşnikov" avtomatları ilə silahlanan bandanın əlindən 80 nəfər ölüb.
Qurbanları öldürməmişdən qabaq işgəncə verməyi xoşlayırmış. Meyitlərini isə sulfat turşusunda əridirmiş.
Öz klanı tərəfindən 1985-ci ildə güllələnib.

Abe Peles
Ötən əsrin 30-cu illərində Nyu-Yorkdakı "Qatillər korporasiyası"nın ən acımasız və qəddar killerlərindən olub.
Odlu silahı sevməyib. Düşmənlərini balta ilə doğrayırmış. Ümumiyyətlə, adam öldürməkdən zövq alırmış. Əhvalı pis olanda yoldan keçən adamları - sürücüləri, dükandakı satıcıları da öldürürmüş. Özününkülər də Abe Pelesin hoqqalarından cana doyurlar. Nəhayət, mafiya tribunalı onun haqda ölüm hökmü çıxarır. 1941-ci ildə "Pelesi" otelinin hündür mərtəbələrinin birindən yerə atırlar.
İlqar Atabəyli