Bahalı flakon, yoxsa keçiddəki "fransız ətri"?
Bahalı flakon, yoxsa keçiddəki "fransız ətri"?
Ətriyyat biznesi saxta məhsulların istehsalçıları üçün ən gəlirli sahələrdən biridir

Məşhur Koko Şanel deyirdi ki, ətir də geyimdir. Və hər kəsin arzusu orijinal və keyfiyyətli parfüm əldə etməkdir. Əfsus ki, hal-hazırdakı hərc-mərclikdə baha qiymətə olmağına baxmayaraq tez-tez saxta məhsullar alırıq (milli.az).
Heç kəs üçün sirr deyil ki, indiki zamanda istənilən məhsulun saxtalaşdırılması geniş vüsət alıb. Ətriyyat da istisna deyil, çünki məhz bu sahə saxta məhsulların istehsalçıları üçün ən gəlirli sahələrdən biridir. Son zamanlar məhsulların saxtalaşdırılması halı ilə bir çox məşhur kosmetik şirkətlər və firmalar rastlaşıb. Onların arasında Azərbaycan bazarında satışlarının çox hissəsini ətriyyatın təşkil etdiyi məşhur İsveç şirkəti "Orifleym" də yer alır.
"Orifleym" hər kəsin özü üçün asanlıqla seçə biləcəyi və ürəyincə olacağı ətirlər kolleksiyasını təqdim edir. Lakin əvvəlcə özünüz üçün sadə bir şeyi aydınlaşdırmanız lazımdır: sizi nə qədər əmin etsələr də, heç vaxt bazardan, keçiddən və adi dükandan orijinal ətir almanız mümkün deyil, hətta internet vasitəsilə də bu çox təhlükəlidir. Və unutmayın ki, məşhur markanın orijinal məhsulu ucuz qiymətə ola bilməz. Buna görə də xüsusi dükanlara baş çəkir və yaxud məşhur firmaların distribütorları ilə əlaqə saxlayırıq. Təklif edirəm ki, "Orifleym" şirkətinin ətirlərinə diqqət yetirəsiniz, çünki artıq neçə ildir özüm də bu firmanın ətirlərindən istifadə edirəm.
Əvvəlcə parfümü davamlılığına görə yoxlamaq lazımdır. Bu, əlbəttə ki, çox etibarlı üsul deyildir, çünki nümunə orijinal, digərləri isə saxta ola bilərlər. Bununla belə, ətri vurun və onun nə qədər qaldığına diqqət edin. Qablaşdırmasını diqqətlə nəzərdən keçirin. Adətən saxta ətirləri qablaşdırmadan müəyyən etmək olur. O çox keyfiyyətli, möhkəm kartondan və ya hamar, təmiz plastikdən hazırlanmalıdır. Orijinalın üzərinə etiket düz yapışdırılmalı, adının bütün hərfləri öz yerlərində olmalıdır. Çox zaman saxtakarlar sadəcə məhsulun adındakı hərflərin yerlərini dəyişirlər. Vizual olaraq onları yalnız diqqətlə oxuduqda fərqləndirmək olur. Qablaşdırmanın üzərindəki məlumat istehsalçının saytından əldə etdiyiniz məlumatlar ilə üst-üstə düşməlidir. Bu parfümün hazırlandığı yer, tərkibi və həcminə aiddir. İstehsalçının saytında məhsul 50 və 100 ml-də təqdim olunduğu halda, siz sevimli ətrin başqa həcmini görürsünüzsə, onu yaddan çıxarın. Həmçinin flakonun üzərindəki ştrix-kodu və istehsal ölkəsi haqqında məlumatları saytdakı verilənlər ilə müqayisə edin. Fərq varsa, bu ətri almaqdan imtina edin. Yenə də parfümün orijinallığına dair şübhəniz qalarsa, mağazada keyfiyyət sertifikatını istəyə bilərsiniz.
Saxta məhsullardan xilas olmaq üçün ən yaxşı məsləhət məhsullarla yalnız "Orifleym" kataloqlarında tanış olmaq və onları yalnız "Orifleym" məsləhətçilərindən əldə etməkdir. Şəxsən özüm üçün çoxdan qərar vermişəm ki, ətrafımı gözəl qoxu ilə valeh etmək üçün bir ədəd bahalı ətrim olsun, nəinki atmaq üçün heyfsiləndiyim, istifadə üçün isə yararsız olan on ədəd ucuz ətir masamı bəzəsin.
Sizə uğurlu və gözəl alış-veriş arzu edirəm!
Aliyə