DÇ-2014: "Çao", İtaliya...
DÇ-2014: "Çao", İtaliya...

C qrupunda son dəqiqə möcüzəsi, D qrupunda Kosta-Rika hegemonluğu!

Braziliyada keçirilən futbol üzrə dünya çempionatında qrup mərhələsinin III turunun görüşləri davam edir.
S qrupunda Yaponiya - Kolumbiya və Yunanıstan - Kot-d’İvuar görüşləri keçirilib. Növbəti mərhələyə vəsiqə qazanmış Kolumbiyaya qrup lideri olmaq üçün 1 xal da kifayət edirdi. Ancaq komanda yaponları darmadağın edib. Oyun 4:1 hesabı ilə baaşa çatıb.
Bu qrupun maraqla gözlənilən görüşü isə Yunanıstan - Kot-d’İvuar matçı olub. Gərgin oyunun taleyi sonuncu dəqiqələrdə həll olunub. 90-cı dəqiqəyə qədər matçda hesab 1:1 olub və bu Afrika təmsiliçisinə növbəti mərhələyə çıxmaq imkanı verirdi. Amma son dəqiqədə Kot-dİvuar futbolçularının kobud və lazım olmayan qayda pozuntusu yunanlara penalti hüququ verib. Samaras zərbəni dəqiq yerinə yetirərərk komandasının 1/8 finala çıxarıb.
D qrupunun həlledici görüşünü isə mini final kimi qiymətləndirmək olardı. Dördqat dünya çempionu olan İtaliya ilə mundialın ikiqat qalibi Uruqvay bu dəfə
1/8 finala çıxmaq üçün mübarizə aparıb. Kosta-Rikadan sonra qrupdan 1/8 finala çıxan ikinci komanda Uruqvay olub. Cənubi Amerika təmsilçiləri Qodinin 81-ci dəqiqədə vurduğu yeganə qol sayəsində növbəti mərhələyə yüksəliblər. İtaliya isə turnirə "çao" deyib.
Kosta-Rika ilə İngiltərə isə ilk dəfə məhz Braziliyada üz-üzə gəlib. Mərkəzi Amerika təmsilçisi sürpriz çıxışını davam etdirmək üçün ingilislərlə ən azı heç-heçəyə nail olmalıydı. "Xəzər Lənkəran"ın sabiq hücumçusu Rendall Brenesin çıxış etdiyi Kosta-Rika bu tapşırığın öhdəsindən gəlib. İngilislər isə turnirdə yeganə xallarını qazana biliblər.
DÇ-2014, S qrupu, 25 iyun:
Yaponiya - Kolumbiya - 1:4
Qollar: Okazaki, 45 - Quadrado, 17 (pen); Martines, 55; 82; Rodriqes, 90
Yunanıstan – Kot-d’İvuar - 2:1
Qollar: Samaris, 42; 90 - Bony, 74
Qrupda son durum: Kolumbiya – 9 xal, Yunanıstan – 4, Kot-d’İvuar – 3, Yaponiya – 1.
D qrupu:
İtaliya - Uruqvay - 0:1
Qol: Qodin, 81
Qırmızı vərəqə: Marçiso, 60
Kosta-Rika - İngiltərə - 0:0
Qrupda son durum: Kosta-Rika – 7 xal, Uruqvay – 6, İtaliya – 3, İngiltərə – 1
İlkin Həsənoğlu