Ərdoğanın partiyasında şok istefa
Ərdoğanın partiyasında şok istefa
AKP bələdiyyə seçkilərindəki uğursuzluğu səbəbilə İğdır rəhbərliyini qovdu

Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) İğdır şəhər rəhbərliyi istefa verib.
Türkiyədə 30 mart bələdiyyə seçkilərində İğdır şəhəri üzrə BDP-nin qalib gəlməsi AKP-nin şəhər və rayon təşkilatlarının ümumi mərkəzin istəyilə istefa verməsinə səbəb olub.
"Şəhər üzrə partiya rəhbəri Mustafa Buluş 30 mart blədiyyə seçkilərində partiyamızdan bələdiyyə sədri namizədi oldu. Seçkilərində uğursuz olduq. Ümumi Mərkəz belə məsləhət bilib, biz də kütləvi şəkildə istefa verdik. Seçkidən dərhal sonra biz istefa vermək istədik, lakin Ümumi Mərkəz qəbul etmədi. Bu gün qərarın verilməsi ilə biz də şəhər və rayon təşkilatları olaraq bu addımı atmalı olduq" deyə şəhər rəhbərliyi vəkili Abdülcabbar Baştemur bildirib.
Qeyd edək ki, 30 mart bələdiyyə seçkilərində İğdırda 18168 səslə BDP namizədi Murat Yikit qazanıb.