Şok! Ərdoğanın edam planı üzə çıxdı
Şok! Ərdoğanın edam planı üzə çıxdı
Hökumətin nəzarətindəki qəzetin iddiası doğrudurmu?

Türkiyənin "Sabah" qəzetinin dünənki manşeti bütün ölkə gündəmini ayağa qaldırıb. Qəzətin xəbərinə görə, gizlin saxlanılan çevriliş planı baş tutsaydı, Baş nazir Ərdoğanı 1961-ci ildə Yassıada adlanan yerdə edam edilən hökümət başçısı Adnan Menderes kimi mühakimə edilərək asılacaqmış.
Qəzetin yazdıqları barədə ilkin məlumatı Baş nazir Ərdoğan sədri olduğu Ədalət və İnkişaf partiyasının Afyonkarahisar bölgəsində yerli camaatla görüşündə verib.
Ərdoğan deyib ki, "Dövrün Baş naziri" adlı gizli ittiham aktına əsasən onu edam etməyi planlaşdırıblar.
Plana əsasən, çevriliş baş tutandan sonra Ərdoğanı edam etmək üçün "terror təşkilatının lideri" kimi məhkəmə qarşısına çıxarmaq planlaşdırılıbmış.
Məsələ ilə bağlı ilkin məlumatı verən Baş nazir deyib: "Onların çevriliş planları əlimizə keçib. Çevrilişdən sonra Cümhuriyyət Xalq Partiysından (CHP) və Milliyətçi Hərəkat Partiyasından (MHP) AKP-yə sızdırılmış üzvlərinin iştirakı ilə koalisyon hökümət qurmağı və ondan sonra bizləri Yassıadada mühakimə etməyi planlaşdırıblar".
Ərdoğanın bir neçə cümlə ilə məlumat verdiyi çevriliş planı haqqında "Sabah" qəzeti yeni material dərc edib.
Qəzet yazır ki, Ərdoğana qarşı bu əməliyyatı dövlətin içində dövlət quran Gülənçi hərəkata aid insanlar planlayıb və Baş naziri 17 və 25 dekabr əməliyyatlarında günahkar bilərək həbs etmək istəyiblər. Plana görə, əvvəlcə onun ailə üzvləri təhdid edilməli və Baş nazir buna görə istefa vermək məcburiyyətində qalmalı imiş. Daha sonra isə, Ərdoğana aid olduğu iddia edilən qeyri-qanuni səs dinləmələri hüquqi status alacaq və bir neçə səs yazısının məhkəmədə fakt-sübut kimi istifadəsindən sonra Baş nazir terrorçu lider adı ilə həbs ediləcəkmiş.
Qeyd edək ki, "Sabah" qəzeti Ərdoğanın ailəsinin nəzarətindədir və hökumətin əsas media orqanlarından sayılır. Qəzetin dünənki iddiası qardaş ölkə cəmiyyətində ciddi qarşılanmayıb. Əksəriyyət bunu bir neçə ay sonra keçiriləcək seçkilərdə prezident kürsüsünə əyləşməyi planlaşdıran Ərdoğanın təbliğatına hesablanmış şou hesab edir.
Bu arada Türkiyə Baş naziri Rəcəb Tayyib Ərdoğan Dövlət Şurasının 146-cı ildönümündə Vəkillər Kollegiyasının rəhbəri Mətin Feyzioğlunun çıxışına hirslənməsi və zalı tərk etməsi dünya mətbuatının gündəmini zəbt edib. Mətin Feyzioğlunun 55 dəqiqəyə yaxın çıxış etməsi və daha sonra prezident seçkiləri ilə bağlı siyasi mülahizəsi Ərdoğanı özündən çıxarmışdı. Bu olay dünya mediasının hədəfinə çevrilib. Belə ki, Ərdoğan və Feyzioğlunun toplantı öncəsi bir-biriylə səmimi görünməsi və daha sonra qarşıdurması heç də normal şəkildə qarşılanmayıb.
Murad İbrahimli