Bakıda tələbə qız valideynlərini şoka saldı
Bakıda tələbə qız valideynlərini şoka saldı

Bakı Dövlət Universiteti (BDU) tələbəsinin Dənizkənarı Milli Parkda intihara cəhd etməsi ilə bağlı açıqlama yayıb.
BDU Mətbuat və informasiya şöbəsinin müdiri Pərvanə İbrahimova açıqlamasında bildirib ki, Aysel Muxtar qızı Babayeva 2013-cü ildə universitetin hüquq fakültəsinin bakalavr pilləsini bitirib. "Oxuduğu müddətdə bəzi dərslərə və imtahanlara gəlmədiyinə görə müəyyən akademik borcları qalıb. A.Babayeva passiv tələbə kimi qeydiyyatdadır", - deyə P.İbrahimova qeyd edib.
Qeyd edək ki, aprelin 9-da saat 20.18 radələrində Şirvan şəhəri, Sahib Zeynalov küçəsi, ev 2, mənzil 22-də qeydiyyatda olan 1991-ci il təvəllüdlü Aysel Muxtar qızı Babayeva Dənizkənarı Milli Parkda özünü dənizə atmaq istəyərkən vətəndaşlar tərəfindən saxlanılıb.
Səbail Rayon Polis İdarəsindən APA-ya A.Babayevanın BDU-nun üçüncü kurs tələbəsi olduğu, qayıbları və akademik borcları çox olduğuna görə intihar etmək istədiyi bildirilib.