Səfərbərlik və Hərbi Çağırış üzrə Dövlət Xidməti ordu üçün xüsusi ixtisaslı kadrlar hazırlayacaq
Səfərbərlik və Hərbi Çağırış üzrə Dövlət Xidməti ordu üçün xüsusi ixtisaslı kadrlar hazırlayacaq

Səfərbərlik və Hərbi Çağırış üzrə Dövlət Xidməti (SHÇDX) ordu üçün xüsusi ixtisaslı kadrlar hazırlayacaq.
Xidmət tərəfindən hazırlanacaq ixtisasların siyahısı təsdiq olunmaq üçün Nazirlər Kabinetinə təqdim olunub.
Nazirlər Kabineti tərəfindən siyahı təsdiq olunduqdan sonra SHÇDX-nin "Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı Mərkəzi" MMC tərəfindən çağırış yaşı çatmış şəxslərdən Silahlı Qüvvələrin ehtiyac duyduğu zirehli texnika sürücüləri, snayper, mühəndis-istehkamçı, rabitəçi, paraşütçü-desant və s. hərbi ixtisaslar üzrə mütəxəssislərin hazırlanmasını həyata keçirəcək.
Hazırda "Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı Mərkəzi" MMC tərəfindən sürücü və aşpaz kursları təşkil olunur.