Avroliqada qolu gecə
Avroliqada qolu gecə

“Trabzonspor" və "Ayntraxt" qələbə qazandı, "Uiqan" uduzdu

Srağagün UEFA Avropa Liqasının qrup mərhələsində V turun oyunları keçirilib. İkinci dərəcəli qitə turnirində bütün qarşılaşmalar eyni gündə baş tutub.

Türkiyənin Avroliqada yeganə təmsilçisi "Trabzonspor" doğma meydanda Kiprin "Apallon" klubu ilə qarşılaşıb. Bu görüşdə 4:2 hesabı ilə qələbə qazanan Trabzon təmsilçisi liderliyini qoruyub.
Milli komandamızın üzvü Ruslan Abışovun şərəfini qoruduğu "Rubin" Sloveniyanın "Maribor" klubunu qəbul edib. Kazan təmsilçisi rəqibin müqavimətini qıra bilməyib. Hərəyə bir dəfə fərqlənən komandalar meydandan 1 xalla ayrılıblar - 1:1.
"Qarabağ"ı Avroliqanın qrup mərhələsinə düşməkdən məhrum edən "Ayntraxt" səfərdə "Bordo" ilə üz-üzə gəlib. Matçın taleyini bir qol həll edib. Lanigin görüşün 83-cü dəqiqəsində vurduğu qol Frankfurt təmsilçisinə qələbə qazandırıb - 1:0.
"İnter"i Avroliqanın II təsnifat mərhələsində mübarizədən kənarlaşdıran "Tromse" öz meydanında "Tottenhem"lə qarşılaşıb. Fasilədən sonra iki qol vuran London təmsilçisi görüşdən 3 xalla ayrılıb - 2:0.
Avropa Liqası, V tur, 28 noyabr:
A qrupu:
“Kuban” (Rusiya) - "Sent Qallen” (İsveçrə) - 4:0
Qollar: Melqareyo, 3 (1:0), İqnatyev, 54 (2:0), Melqareyo, 71 (3:0), Kabore, 90 (4:0)
“Suonsi” (İngiltərə)- “Valensiya” (İspaniya) - 0:1
Qol: Parexo, 20 (0:1)
Qrupda son durum: Valensiya - 12 xal, Suonsi - 8, Kuban - 5, Sankt Qallen - 3
B qrupu:
“Çernomorets” (Ukrayna) - “Dinamo” (Xorvatiya) - 2:1
Qollar: Beçiray, 20 (0:1), Antonov, 78 (1:1), Didenko, 90 (2:1)
“Ludoqorets” (Bolqarısran) - PSV (Hollandiya) - 2:0
Qollar: Bezyak, 38 (1:0), 79 (2:0)
Qrupda son durum: Ludoqorets - 13 xal, PSV (Eyndhoven) - 7, Çernomorets - 7, Dinamo (Zaqreb) - 1
C qrupu:
“Elfsborq” (İsveç) - “Zalsburq” (Avstriya) - 0:1
Qol: Meilinger, 39 (0:1)
"Esbyerq” (Danimarka) - “Standard” (Belçika) - 2:1
Qollar: Van Buren, 18 (1:0), Kamarqo, 53 (1:1), Van Buren, 79 (2:1)
Qrupda son durum: Zalzburq - 15 xal, Esbyerq - 12, Standard - 1, Elfsborq - 1
D qrupu:
“Rubin” (Rusiya) - “Maribor” (Sloveniya) - 1:1
Qollar: Natxo, 43 (1:0), Mezqa, 86 (1:1)
“Uiqan” (İngiltərə) - “Zulte Varegem" (Belçika) - 1:2
Qollar: Barnet, 7 (1:0), T.Hazard, 37 (1:1), Malande Adje, 88 (1:2)
Qrupda son durum: Rubin - 11 xal, Zulte-Varegem - 7, Uiqan - 5, Maribor - 4
E qrupu:
“Dnepr” (Ukrayna) - “Panduri” (Rumıniya) - 4:1
Qollar: Kaliniç, 12 (1:0), Zozulya, 56 (2:0), Eriç, 70-pen (2:1), Şakov, 86 (3:1), Kravçenko, 89 (4:1)
“Pakuş Ferreyra” (Portuqaliya) - “Fiorentina” (İtaliya) - 0:0
Qrupda son durum: Fiorentina - 13 xal, Dnepr - 12, Pakos Ferreyra - 2, Panduri - 1
F qrupu:
APOEL (Kipr) - Makkabi” (Təl-Əviv, İsrail) - 0:0
“Bordo” (Fransa) - “Ayntraxt” (Frankfurt, Almaniya) - 0:1
Qol: Lanig, 83 (0:1)
Qrupda son durum: Ayntraxt - 12 xal, Makkabi (Təl-Əviv) - 8, APOEL - 5, Bordo - 3
G qrupu
“Rapid” (Avstriya) -“Thun” (İsveçrə) - 2:1
Qollar: Boyd, 17 (1:0), Sadik, 62 (1:1), Boskoviç, 64 (2:1)
“Genk” (Belçika) - “Dinamo” (Ukrayna) - 3:1
Qollar: Yarmoleko, 9 (0:1), Vossen, 17-pen (1:1), Kumordzi 37 (2:1),De Seulaer, 40 (3:1)?
Qrupda son durum: Genk - 11 xal, Dinamo (Kiyev) - 7, Rapid - 6, Thun - 3
H qrupu:
“Sevilya” (İspaniya) - “Eştoril” (Portuqaliya) - 1:1
Qollar: Qameyro, 7 (1:0), Fernandes, 90 (1:1)
“Liberets” (Çexiya) - “Frayburq” (Almaniya) - 1:2
Qollar: Qinter, 23 (0:1), Françis, 73 (0:2), Rubalka, 81 (1:2)
Qrupda son durum: Sevilya - 9 xal, Slova - 6, Frayburq - 6, Eştoril - 3,
I qrupu:
“Rijeka” (Xorvatiya) - Gimaraynş” (Portuqaliya) - 0:0
“Lion” (Fransa) - “Betis” (İspaniya) - 1:0
Qol: Qomis, 66 (1:0)
Qrupda son durum: Lion - 9 xal, Betis - 8, Guimaraeş - 5, Rijeka - 3
J qrupu
“Legiya” (Polşa) - “Latsio” (İtaliya) - 0:2
Qollar: Pereyra, 24 (0:1), Anderson, 57 (0:2)
“Trabzonspor” (Türkiyə) - “Apollon” (Kipr) - 4:2
Qollar: Olcan Adın, 23 (1:0), Soner Aydoğdu, 25 (2:0), Olcan Adın, 61 (3:0), Abraham, 68 (3:1), Sanqoy, 80-pen (3:2) Olcan Adın, 83 (4:2)
Qrupda son durum: Trabzonspor - 13 xal, Latsio -11, Apollon - 4, Legiya -0
K qrupu:
“Tromse” (Norveç) - “Tottenhem” (İngiltərə) - 0:2
Qollar: Çiriçeş, 63 (0:1), Dembele, 76 (0:2)
“Anji” (Rusiya) - “Şerif” (Moldova) - 1:1
Qollar: İsa, 52 (0:1), Epureanu, 58 (1:1)
Qırmızı vərəqə: Rikardinyo, 90+3 ("Şerif)
Qrupda son durum: Tottenhem - 15 xal, Anji - 8, Şerif - 3, Tromse - 1
L qrupu:
“Alkmaar” (Hollandiya) - "Makkabi” (Hayfa, İsrail) - 2:0
Qollar: Qudely, 37 (1:0), Qudmundsson, 90+5 (2:0)
“Şaxtyor” (Qazaxıstan) - PAOK (Yunanıstan) - 0:2
Qollar: Dzidiç, 54-avtoqol (0:1), Kitsyou, 90+2 (0:2)

Qrupda son durum: PAOK - 11 xal, AZ Alkmaar - 11, Makkabi (Hayfa) - 2, Şaxtyor (Karaqanda) - 2

İlkin Həsənoğlu