Ermənilərin yeni terror istəyi
Bu dəfə istəyi reallaşdıra bilmirlər

Getdikcə itən nüfuzunun və antierməni təbliğatının qarşısını almaq üçün fəaliyyətini gücləndirir. Bu dəfə ermənilərin hədəfində birbaşa azərbaycanlılar və türkiyəlilər yox, həm də antierməni mövqeyindən çıxış edən xarici ölkə vətəndaşlarıdır.
Erməni mətbuatının məlumatına görə, bir qrup şəxs Azərbaycanın haqq mövqeyini müdafiə edən, eləcə də qondarma erməni “soyqırımına” qarşı çıxan şəxslərə xarici ölkələrdə mübarizə aparmaq üçün yeni təşkilat yaradıb. Həmin təşkilatda Rusiya, Fransa, Argentina, Kanada kimi ölkələrdə təcrübə keçmiş hüquqşünasların, eləcə də tarixçi və ictimai xadimlərin, jurnalistlərin və hətta kompüter texnologiyaları üzrə mütəxəssislərin birləşəcəyi bildirilir. Artıq təşkilatın adı ilə bağlı müsabiqə elan edilib.
Məlumata görə dünyanın ayrı-ayrı ölkələrində Azərbaycan və Türkiyənin mövqeyini müdafiə edən tanınmış ictimai-siyasi xadimlər, incəsənət adamları, tarixçilərin “qara siyahı”sı hazırlanıb. Bu siyahıda 200-dək şəxsin adı olsa da, hələlik konkret adlar açıqlanmır.
Bununla yanaşı qeyd olunur ki, Azərbaycan və Türkiyənin mövqeyini müdafiə edən şəxslərin sayının artması bu siyahının daha da uzanacağını söyləməyə əsas verir.
Yeni təşkilatın yaranma ideyası Moldova Ombudsmanı Aureliya Qriqoriunun Ermənistanda keçirilən konfransda erməniləri Xocalı soyqırımına görə ittiham etməsindən sonra yaranıb. Amma ekspertlər bunu artıq ciddiyə almır ki, bunun da bir sıra səbəbləri var. İlk növbədə ona görə ki, 1980-cı illərdə Türkiyənin Asala erməni təşkilatını bir dəfəlik tarixdən silməsindən sonra ermənilər dəfələrlə yeni təşkilat yaratmaq istəsələrdə alınmadı. Çünki belə bir təşkilatın yaranmasına erməni lobbisində ki, ziyalılar imkan vermədi. Erməni mənbələrinin dediyinə görə Asala terror təşkilatı zamanında tək terror təşkilatı olaraq ermənilərə qarşı yox, həm də elə ermənilərin özlərinə qarşıda ciddi aksiyalar keçiriblərmiş. Belə ki, erməni lobbisinin fəaliyyəti üçün pul ayırmaqdan imtina edən ermənilər fiziki baxımdan məhv edilirmiş. Məhz bunları unutmayan erməni lobbisinin aparıcı simaları bir neçə il öncə belə bir təşkilatın yaranmasına imkan vermədilər. Başqa bir tərəfdən isə 2 il öncədə təşkilatın yaradılması ideyası ortaya çıxdı. Amma bu dəfə aydın oldu ki, erməni təşkilatlarının arasında ciddi parçalanmalar var və artıq müəyyən qüvvələr köhnə qayda ilə idarə olunmağı sevmir və ümumilikdə erməni “soyqırım”ını qəbul etmirlər. Hətta tanınmış ziyalı Şarl Aznavur bəyan etdi ki, erməni “soyqırım”ını bir kənara atmaq lazımdır. Bu isə sübutlayır ki, erməni lobbisi yeni yollar axtarışına çıxmalıdır. Bunu da qeyd edək ki, Ramil Səfərovda azadlığa çıxandan sonra Yerevanda və bəzi ölkələrdə terror təşkilatı yaratmaqla bağlı fikirlər səsləndi və buda nəticəsiz qaldı. Ekspertlər hesab edir ki, həm də artıq dünyanın ermənilərə baxışlarında da ciddi fərqlər yaranıb. Artıq dünya erməniləri zavallı bir xalq, haqqını itirən toplum kimi yox, Xocalı faciəsi kimi faciələr törədən toplum kimi tanıyır. Buda ermənilər üçün artıq keçmişə qayıtmaq imkanları tanımır.
Toğrul Əliyev