16 Sentyabr 2019
Lisenziyalaşdırma ilə bağlı islahatlar necə gedir?
Lisenziyalaşdırma ilə bağlı islahatlar necə gedir? İQTİSADİYYAT 04:23 2012-04-11

Lisenziyalaşdırma ilə bağlı islahatlar necə gedir?
Lisenziyalaşdırma ilə bağlı islahatlar necə gedir?

İqtisadi İnkişaf Nazirliyinin rəsmisinə inansaq, hər şey qaydasındadır

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 26 oktyabr 2011-ci il tarixli "Müəyyən sahibkarlıq fəaliyyəti növləri ilə məşğul olmaq üçün tələb edilən xüsusi razılıq (lisenziya) və icazə sistemi ilə bağlı bəzi məsələlər haqqında" Fərmanına əsasən, İqtisadi İnkişaf Nazirliyinə mərkəzi və yerli icra hakimiyyəti orqanlarının verdikləri icazələr barədə məlumatı əks etdirən internet portalının yaradılması tapşırılmışdır.

Martın 15-də İqtisadi İnkişaf Nazirliyinin təşkilatçılığı, aidiyyəti dövlət orqanlarının, ictimai və beynəlxalq təşkilatların nümayəndələrinin, eləcə də sahibkarların iştirakı ilə icazələrin elektron informasiya portalının - www.icazeler.gov.az - təqdimatı keçirilmişdir.
İcazələrin elektron informasiya portalının yaradılması və portalın ölkə vətəndaşlarına, eləcə də sahibkarlara faydası barədə danışarkən İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığın inkişafı siyasəti şöbəsinin müdiri Zaur Qasımov bildirib ki, Azərbaycanda sahibkarlığın inkişafı iqtisadi siyasətin prioritet istiqamətlərindəndir: "Bu istiqamətdə ardıcıl olaraq dövlət-sahibkar münasibətlərinin inkişaf etdirilməsi, biznes mühitinə dair qanunvericiliyin və inzibati prosedurların təkmilləşdirilməsi, sahibkarlığa dövlət dəstəyi mexanizmlərinin genişləndirilməsi, maarifləndirmə, sahibkarların işgüzar əlaqələrinin inkişafı və müxtəlif növ xidmətlərin göstərilməsi kimi kompleks tədbirlər həyata keçirilir.
Ötən illər ərzində sahibkarlıq fəaliyyətini tənzimləyən prosedur və qaydalar liberallaşdırılmış, idxalda rüsumların maksimal həddi 15% həcmində müəyyənləşdirilmişdir. Eyni zamanda, sahibkarların vergi yükü azaldılmış, o cümlədən mənfəət vergisinin dərəcəsi 22%-dən, fiziki şəxslərin gəlir vergisi isə 35%-dən 20%-ə endirilmiş, sadələşdirilmiş verginin hər kvartalda bir dəfə ödənilməsi təmin edilmiş, elektron vergi hesab-fakturalarının tətbiqinə başlanılmış, elektron xidmətlərin tətbiqi genişləndirilmış, kənd təsərrüfatı məhsullarının istehsalçıları 2014-cü ilədək torpaq vergisindən başqa, bütün növ vergilərdən azad olunmuşdur. Sahibkarlıq subyektlərinin qeydiyyatında "bir pəncərə" prinsipinin tətbiqi təmin edilmiş və onların onlayın qeydiyyatına başlanılmışdır. Sahibkarların investisiya layihələrinin maliyyələşdirilməsinin səmərəli mexanizmi formalaşdırılmışdır. Belə ki, güzəştli kreditlərdən istifadə qaydalarının mütəmadi olaraq təkmilləşdirilməsi nəticəsində sahibkarlıq subyektlərinə verilən kreditlərin ümumi həcmi artmış, iş adamlarının kreditlərə çıxış imkanları daha da genişlənmişdir. Həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində özəl sektorun ölkənin sosial-iqtisadi inkişafında və ÜDM istehsalında xüsusi çəkisi artmışdır".
Nazirlik rəsmisi bildirib ki, əvvəlki illərdə ölkə qanunvericiliyində edilmiş dəyişikliklərə əsasən, lisenziyalaşdırma sisteminin sadələşdirilməsi və təkmilləşdirilməsi məqsədilə mövcud olan sistemin optimallaşdırılması istiqamətində bir sıra t?dbirl?r həyata keçirilmişdir: "Belə ki, lisenziyaların sayı kəskin azaldılmış, lisenziyalaşdırma ilə bağlı prosedurları, lisenziyanın alınması üçün tələb olunan sənədləri, lisenziyanın qüvvədə olma müddətini, lisenziyanı verən dövlət orqanlarını, dövlət rüsumunun məbləğini, lisenziyanın dayandırılması və ləğv edilməsini özündə birləşdirən vahid qaydalar müəyyən edilmişdir. Qeyd edilən bu islahatlar lisenziyalaşdırılan fəaliyyət növləri ilə məşğul olmaq istəyən sahibkarlıq subyektləri üçün lisenziyalaşdırma ilə bağlı məlumatların daha şəffaf əldə edilməsi, habelə lisenziyaların alınması üçün sərf olunan vaxtın azaldılması baxımından mühüm əhəmiyyət kəsb edir. Bununla yanaşı, bu sahədə aparılan təhlillər göstərmişdir ki, sahibkar hər hansı fəaliyyət növü ilə məşğul olmaq istədikdə (sahibkarlıq subyektlərinin "bir pəncərə" prinsipi əsasında dövlət qeydiyyatına alınması istisna olmaqla) bunun üçün tələb olunan icazə xarakterli sənədlərin alınması zamanı mövcud proseduralar, tələb olunan sənədlər, nəzərdə tutulmuş ödənişlərin məbləği, həmin icazə xarakterli sənədlərin verilmə və qüvvədə olma müddətləri, bu sənədləri verən dövlət orqanları, icazələrin dayandırılması, ləğv edilməsi, dövlət orqanlarının və sahibkarların məsuliyyəti barədə məlumatların vahid hüquqi mənbədən əldə edilməsi istiqamətində bəzi çətinliklərlə üzləşirlər".
Nazirlik sözçüsü qeyd edib ki, sahibkarlıq fəaliyyəti üçün verilən icazə xarakterli sənədlər əsasən xüsusi razılıq (lisenziya), icazə, xüsusi icazə, razılıq, rəy, qeydiyyat, sertifikat, şəhadətnamə, bəyənilmə, çıxarış, sərəncam və sairdir: "Göründüyü kimi, yuxarıda adları sadalanan formada icazə xarakterli sənədlərin kəmiyyət etibarı ilə çoxluğu və bu kimi sənədlərin vahid təsnifatının olmaması, habelə mövcud qanunvericilikdə icazə xarakterli sənədlər haqqında məlumatların müxtəlif normativ hüquqi aktlarda əks olunması bu sahədə islahatların həyata keçirilməsini zəruri edirdi. Qeyd edilən problemlərin həlli və ümumən ölkədə biznes mühitinin daha da yaxşılaşdırılması istiqamətində şəffaf icazələr sisteminin yaradılması, bu sistemin təkmilləşdirilməsi və nizamlanması məqsədilə hərtərəfli təhlillərə başlanılmışdır. Bu təhlillərin aparılmasında məqsəd Azərbaycanda verilən icazə xarakterli sənədləri sistemləşdirərək siyahısının tərtib edilməsi, həmçinin müasir texnologiyaların tətbiqi ilə bu sənədlərin vahid elektron məlumat bazasının yaradılması istiqamətində təkliflər paketinin hazırlanması olmuşdur".
İcazələrin elektron informasiya portalının fəaliyyəti haqqında danışarkən isə Zaur Qasımov deyib ki, müasir texnologiyaların tətbiqinə əsaslanan icazələrin elektron informasiya portalı ölkə vətəndaşlarının lisenziya və icazələr sahəsində məlumatlılıq səviyyəsinin daha da yüksəldilməsinə xidmət edir: "Sayt sahibkarları icazələr haqqında ətraflı məlumatlandırmaqla yanaşı, sahibkarlıq fəaliyyətinə başlamaq istəyənlərə, öz fəaliyyətini genişləndirmək istəyən sahibkarlara tələb olunan icazə xarakterli sənədlər, onların alınması prosedurları, təqdim edilməli sənədlər, icazələrin verilmə və qüvvədə olma müddətlərinə dair bütün məlumatları vahid mənbədən əldə etməyə imkan verir. 7 bölmədən ibarət olan saytda icazələrin söz, qurum və sənədin növü üzrə axtarış sistemi yaradılmışdır ki, bu da sorğulanan məlumatın çevik və asan tapılmasına imkan verəcəkdir. Həmçinin, portalda "sahibkarlıq sahəsinə aid qanunvericilik aktlarının layihələri" bölməsi yaradılmışdır".
Sənan Mirzə