Xarici agentlərə “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsi Gürcüstan parlamentinin hüquq komitəsində sonuncu, üçüncü oxunuşda qəbul edilib. 

"Unikal" xəbər verir ki, bu barədə Gürcüstan KİV məlumat yayıb. 

"Hüquq Məsələləri Komitəsinin iclası artıq başa çatıb. Komitə “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsini üçüncü oxunuşda dəstəkləyib. Komitənin sədri Anri Oxanaşvilinin iclasın əvvəlində qeyd etdiyi kimi, deputatların bu gün üçüncü oxunuş çərçivəsində qanun layihəsində yalnız çıxışlar etmək imkanı olub. Komitənin iclasında iştirak edən deputatların qanun layihəsi ilə bağlı sualları, iradları və ya rəyləri olmayıb və onlar layihəni dəstəkləyiblər", - məlumatda deyilir. 

Xatırladaq ki, qanun layihəsi ölkə prezidenti və müxalifəti, həmçinin Tbilisinin beynəlxalq tərəfdaşları, o cümlədən ABŞ və Aİ tərəfindən sərt tənqid edilib.

Ağarza Elçinoğlu