Mayın 10-da Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) rektorluğu, professor müəllim heyəti, ictimai təşkilatlarının nümayəndələri və tələbələr Ulu Öndər Heydər Əliyevin doğum günü ilə əlaqədar Fəxri Xiyabanını ziyarət edib, Ulu Öndərin xatirəsini dərin ehtiramla anaraq, məzarı önünə gül dəstələri düzüblər.

"Unikal" xəbər verir ki, görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad edilib, büstü önünə gül dəstələri düzülüb.