"Nikol Paşinyanın istefasını tələb edən etirazçı arxiyepiskop Baqrat Qalstanyan baş nazir postuna namizəd olmalıdır". 

"Unikal" xəbər verir ki, bu barədə Ermənistanın keçmiş xarici işlər naziri Vardan Oskanyan “Facebook”da yayımladığı videoda bildirib.

"Hesab edirəm ki, Qalstanyan düzgün yoldadır, o, dünən Milli Assambleyada Nikol Paşinyana etimadsızlıq ifadəsi prosesinə başlamaq üçün artıq parlamentin siyasi qüvvələri ilə məsləhətləşmələr apardığını bildirib. Konstitusiya təbii olaraq tələb edir ki, bu qüvvələr də baş nazirliyə namizədlərini təqdim etsinlər. Hazırda hesab edirəm ki, hökumət başçısı vəzifəsinə namizəd arxiyepiskop Baqrat Qalstanyanın özü olmalıdır", - Oskanyan bildirib.

 Gülayə Mecid