Polis əməkdaşları ötən gün ölkə ərazisində 82 kiloqramdan çox narkotik aşkarlayıblar.

"Unikal" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr - 74 kiloqramdan artıq marixuana, 5,3 kiloqramdan çox tiryək, 2,6 kiloqrama yaxın metamfetamin olub.